[b]Keçmiş “Real”lı: “Qızıl top” Messiyə verilməlidi[/b] - FOTO
01.12.2015 - 10:34
[b]Keçmiş “Real”lı: “Qızıl top” Messiyə verilməlidi[/b] - FOTO

Madrid “Real”ının sabiq baş məşqçisi Bernd Şuster açıqlaması ilə “kral klubu”nun azarkeşlərini qıcıqlandırıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Qızıl top” mükafatına “Barselona”nın futbolçusunu layiq saydığını bildirib.

 

O, 4 dəfə analoji uğura imza atmış Lionel Messini bu il də “Qızıl top”a layiq hesab edir. Maraqlıdı ki, Şuster “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldonun heç ikinci yeri qazanacağını da düşünmür: “Qızıl top” Messiyə verilməlidi. İlin ikinci ən yaxşı futbolçusu isə Neymar olmalıdı. Buna heç bir şübhə yoxdu”.

 

Qeyd edək ki, hazırda işsiz olan məşqçi 2007/2008 mövsümündə “Real”ı çalışdırıb.  

0