[b]Millimizin Polşada qazancı: 1 “qızıl”, 2 “bürünc”[/b]
01.12.2015 - 12:29
[b]Millimizin Polşada qazancı: 1 “qızıl”, 2 “bürünc”[/b]

Şinkyoşkin karate üzrə milli komandamız Polşada keçirilən Avropa çempionatında 4 nəfərlik heyətlə çıxış edib. Apasport.az saytının məlumatına görə, turnirə federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanan komandamız uğurlu çıxışla yadda qalıb.

 

Belə ki, idmançılarımızdan Eltac Hümbətov bütün rəqiblərinə qalib gəlib. Nəticədə qızıl medala layiq görülən karateçi himnimizi səsləndirib.

 

Hümbətovdan fərqli, Emin İsmayıllı və Elpərəst Sayadov isə bürünc medal qazanıblar.

 

 

0