[b]Şəhriyar irəliləyir, Teymur geriləyir[/b]
01.12.2015 - 18:14
[b]Şəhriyar irəliləyir, Teymur geriləyir[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilin son reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən “Top-100”də bu dəfə 4 Azərbaycan şahmatçısı yer alıb.

 

Ötən ayla müqayisədə bir şahmatçımız – Rauf Məmmədov “100-lüy”ü tərk edib. Ötən ay 99-cu olan Məmmədov yenə geriləyib.

 

2015-ci ilin yekununda həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ay iki pillə irəliləyən qrossmeysterimiz daha 3 addım yüksələrək, 16-cı yerdə qərarlaşıb. Məmmədyarovun aktivində 2748 xal var.

 

Teymur Rəcəbov (2726) isə geriləməkdə davam edir. Daha 6 pillə geriləyən Rəcəbov ili 28-ci yerdə tamamlayıb.

 

Avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç irəliləyənlər sırasındadı. Aktivində 2698 xalı olan Latviya əsilli şahmatçı 50-ci pilləni 45-ci yerlə dəyişib.

 

Millimizin digər şahmatçısı Eltac Səfərli (2653) “100-lüy”ü tərk etmək üzrədi. 10 pillə geriləyən Səfərli ili 100-cü şahmatçı kimi başa vurub. O, rusiyalı Aleksandr Motilevlə 100-cü yeri bölüşür.

 

Reytinq siyahısının ilk “3-lüy”ündə dəyişiklik olmayıb. Siyahıya yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2834 xala malikdi. İkinci yeri Veselin Topalov (Bolqarıstan, 2803), üçüncü pilləni isə Vişvanatan Anand (Hindistan, 2796) tutur.

0