Davids: Ronaldo Messi kimi ola bilməz
01.12.2015 - 18:54
Davids: Ronaldo Messi kimi ola bilməz

Hollandiyanın əfsanəvi futbolçularından olan Edqar Davids son illər əsas müzakirə mövzusu olan Lionel Messi – Kriştianu Ronaldo müzakirəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi televiziya kanalına danışan Davids “Qızıl top”a Messini layiq görüb.

 

Onun fikrincə, “Barselona”nın lideri “Real”ın qol “maşını”ndan güclü futbolçudu: “Lionel Messi – bu, futbol anomallığıdı. Driblinq, qol, ötürmə, bir sözlə, hər şey onda cəmləşib. Oyunu görür və oxuyur. Kriştianu Ronaldo – sadəcə öz üzərində daim çalışan atlet. O, Messi kimi ola bilməz. Messi və Ronaldonu Neymar əvəzləyə bilərmi? Hələ yox, amma buna doğru irəliləyir”.

 

Qeyd edək ki, ötən il karyerasını bitirən Davids Hollandiya yığmasının heyətində 74 oyun keçirib, 6 qola imza atıb.

0