[b]Daha 2 idmançımızda dopinq tapıldı: Xristovun karyerasına son qoyula bilər[/b]
16.12.2015 - 17:43
[b]Daha 2 idmançımızda dopinq tapıldı: Xristovun karyerasına son qoyula bilər[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan milli növbəti dopinq qalmaqalı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Silviya Angelovanın ardınca daha 2 idmançımız dopinq-testdə “ilişib”.

 

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov növbəti dəfə təhlükə ilə üz-üzə qalib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli Olimpiya mükafatçımızdan götürülən A probu müsbət nəticələnib. Bu səbəbdən o, B probu vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.

 

Həmçinin mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadənin də dopinqə düşüb. 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən atletin də istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

 

Qeyd edək ki, bu, kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Çünki millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək.

0