[b]Adı dopinqlə hallanan ağırlıqqaldıranlarımızın taleyi yeni ilə qaldı[/b]
23.12.2015 - 10:12
[b]Adı dopinqlə hallanan ağırlıqqaldıranlarımızın taleyi yeni ilə qaldı[/b]

Adları dopinq qalmaqalında hallanan Azərbaycan millisinin ağırlıqqaldıranlarının taleyinə 2016-cı ildə aydınlıq gələcək. Apasport.az saytının xəbərinə görə, bu barədə məlumatı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası yayıb.

 

Belə ki, qurum bu gündən rəsmən bayram tətilinə çıxıb. Milad və Yeni il bayramı ilə bağlı 13 günlük istirahətə yollanan federasiya işini yanvarın 5-də bərpa edəcək. Bu isə o deməkdi ki, atletlərimizin B testi müsbət nəticə verərsə belə, onlarla bağlı yekun qərar həmin tarixdən sonra veriləcək.

 

Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında yığmamızın üzvləri – Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) orqanizmində istifadəsi qadağan olunmuş preparatlar tapılmışdı. Onların A testi müsbət nəticələndiyindən ağırlıqqaldıranlarımız yenidən analiz verməli olacaq. Əgər B testi də birincinin nəticəsini təsdiqləsə, Xristov bürünc medaldan məhrum ediləcək, həmçinin milliləşdirilən legionerimizlə yanaşı, Əliquluzadə və Angelova da ömürlük diskvalifikasiya olunacaq.

0