Şəhriyar Məmmədyarov bu dəfə də qələbə qazana bilmədi
17.01.2016 - 20:59
Şəhriyar Məmmədyarov bu dəfə də qələbə qazana bilmədi

Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci görüşünü keçirib.

 

“Şah” rusiyalı zəka sahibi Yevgeni Tomaşevski ilə oynayıb. Ağ fiqurlarla mübarizə aparan qrossmeysterimiz matçdan bu dəfə də bərabərliklə ayrılıb.

 

 

“Tata Steel Chess” superturniri

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yevgeni Tomaşevski (Rusiya) – 0.5:0.5

0