[b]Şəhriyar Məmmədyarov yenə uduzdu[/b]
22.01.2016 - 22:49
[b]Şəhriyar Məmmədyarov yenə uduzdu[/b]

Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın VI günündə təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci məğlubiyyətinə üzülüb.

 

“Şah” qara fiqurlarla oynadığı görüşdə hollandiyalı Anşi Qiriyə uduzub.

 

Bu nəticədən sonra aktivində 2.5 xal olan qrossmeysterimiz çexiyalı David Navara ilə birlikdə 10-11-ci pillələri bölüşür.

0