[b]Şəhriyar Məmmədyarov qadın şahmatçını məğlub etdi[/b]
23.01.2016 - 21:46
[b]Şəhriyar Məmmədyarov qadın şahmatçını məğlub etdi[/b]

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın VII turunda həmyerlimiz Şəhriyar Məmmədyarov qələbə qazanıb.

 

O, qadınlar arasında dünya çempionu çinli Hou Yifanı məğlub edib.

 

Qeyd edək ki, bu, qrossmeysterimizin turnirdəki ikinci qələbəsidi.

0