[b]Atletimiz Qazaxıstanda qızıl qazanıb, şəxsi nəticəsini yenilədi[/b]
26.01.2016 - 16:50
[b]Atletimiz Qazaxıstanda qızıl qazanıb, şəxsi nəticəsini yenilədi[/b]

Qazaxıstanında Olimpiya çempionu Olqa Ripakova mükafatı uğrunda keçirilən atletika üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yığmamız üçün uğurlu alınıb.

 

Həmyerlimiz Hakim İbrahimov 800 m məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, 1:54.89 nəticə ilə finiş xəttinə birinci çatıb. Turnirdə ölkəmizi təmsil edən digər atleti - Arif Abbasov isə 400 m məsafəni 49.19 saniyəyə qaçaraq, 5-ci yer ilə kifayətlənib.

 

Qeyd edək ki, hər iki idmançı beynəlxalq yarışda şəxsi nəticələrini də yeniləyiblər. 

0