Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
26.01.2016 - 22:33
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində 9-cu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov bu turda Liren Dinqlə qarşılaşıb.

 

Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də qələbəyə həsrət qalıb. “Şah” çinli həmkarı ilə matçdan da bərabərliklə ayrılıb.

 

Bu oyundan sonra xal hesabını 4.5-ə yüksəldən Məmmədyarov gələn turda çexiyalı David Navarra ilə qarşılaşacaq.

0