[b]Millimiz Avropa çempionatına məğlubiyyətlə start verdi - YENİLƏNİB[/b]
04.02.2016 - 01:30
[b]Millimiz Avropa çempionatına məğlubiyyətlə start verdi - YENİLƏNİB[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matçı D qrupunda baş tutub.

 

Tarixində 4-cü dəfə qitə çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisi Serbiyada təşkil olunan yarışda ilk sınağına çıxıb. Komandamız son çempion İtaliya ilə görüşüb.

 

İki il əvvəl italiyalılarla qrup oyununda 0:7 hesabı ilə uduzan yığmamız bu dəfə həmin yenilginin revanşını ala bilməyib.

 

Matça yaxşı başlayan tərəflər ilk hissənin 20-ci dəqiqəsinə kimi qarşılıqlı hücumlar etsələr də, tarazlıq pozulmayıb. Ancaq millimizin üzvü Amadeunun qarşılaşmanın 19-cu dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılması appeninlilərin əl-qolunu açıb. 

 

Belə ki, say üstünlüyündən istifadə edən rəqib 20-ci dəqiqədə hesabı açıb. Merlimin uzaq küncə ünvünladığı top qapıçımız Rövşən Hüseynli üçün əlçatmaz olub. İlk hissə bu hesabla tamamlanıb.

 

Sonuncu Avropa çempionları ikinci hissəyə də qolla başlayıblar. Yenə Merlim fərqlənib. Bu qoldan sonra millimiz bir neçə dəfə qola yaxın olsa da, son anda müxtəlif səbəblərdən arzu reallaşmayıb.

 

Əvəzində italyanlar 29-cu dəqiqədə daha bir dəfə fərqlənərək, hesabı 3 topa çatdırıblar.

 

Oyunda başqa qol olmayınca, qarşılaşma bu hesabla da bitib.

 

Qeyd edək ki, D qrupunda Azərbaycan və İtaliya ilə yanaşı, Çexiya millisi də mübarizə aparır. Millimiz növbəti matçını fevralın 5-də Çexiya millisinə qarşı keçirəcək.

 

Futzal üzrə Avropa çempionatı

Qrup mərhələsi

I tur, D qrupu

3 fevral

 

İtaliya – Azərbaycan - 3:0

Qollar: Merlim, 20, 21, Romano, 29

Qırmızı vərəqə: Amadeu, 19 (ikinci sarı)

 

Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Rusiya)

“Belqrad Arena”

 

İtaliya: 1. Mammarella, 2. Erkolessi, 3. Qabriel Lima (k), 10. Aleks Merlim, 9. Fortino

Ehtiyat oyunçular: 12. Miarelli, 4. Romano, 5. Leggiero, 13. Qiasson, 15. Murilo, 6. Honorio, 7. De Luka, 8. Patias, 11. Sana


Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amedeu

Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fine de Arauyo, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 18. Sergey Çuykov

 

1.

İtaliya

1

1

0

0

3:0

3

2.

Çexiya

0

0

0

0

0:0

0

3.

Azərbaycan

1

0

0

1

0:3

0

0