[b]Yığmamızın Çexiya ilə oyununun hakimləri açıqlandı[/b]
04.02.2016 - 16:59
[b]Yığmamızın Çexiya ilə oyununun hakimləri açıqlandı[/b]

Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatında Çexiya ilə sabah keçirəcəyi matçın hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmada ədalət təmsilçiləri Sloveniya və Avstriyadan olan referilər olacaq.

 

Millimizin yer aldığı D qrupunda keçirəcəyi son oyunun baş hakimi Admir Zahoviç (Sloveniya) olacaq. Ona avstriyalı həmkarı Cerald Bernfeynd kömək edəcək. “Belqrad Arena”da baş tutacaq Azərbaycan – Çexiya matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz qrupdakı ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə məğlub olub.

0