[b] PSJ “Kəpəz”lə “Neftçi”ni keçdi[/b]
04.02.2016 - 17:30
[b] PSJ “Kəpəz”lə “Neftçi”ni keçdi[/b]

PSJ-nin Fransa çempionatındakı məğlubiyyətsiz oyunlar seriyasını 33-ə çatdırması UEFA-nın diqqətindən yayınmayıb. Apasport.az-ın xəbərinə görə, qurumun rəsmi saytı Avropa ölkələrinin çempionatlarındakı ən uzun belə seriyaların siyahısını açıqlayıb.

 

Fransa rekorduna imza atan Paris klubunun qitənin ən yaxşıları sırasına düşməsinə hələ çox var. Çünki siyahıda ən azı 50 matçda uduzmayan 13 komanda yer alıb. PSJ isə hələ daha 17 görüşdə uduzmamalıdı.

 

Avropanın mütləq rekordçusu isə “Styaua”dı. 1986-89-cu illərdə Rumıniya çempionatının ardıcıl 106 matçında buxarestliləri məğlub edən tapılmayıb. 2006-08-ci illərdə Moldovada 63 oyun uduzmayan “Şerif” cədvəldə 2-cidi. 1915-17-ci illərdə Şotlandiyada məğlubiyyətsiz seriyaya imza atan “Seltik” moldovalılardan 1 oyun geri qalır.

 

“Böyük beşlik” çempionatlarından yalnız 1 komanda “50”ni arxada qoyub. Bu da ümumi siyahıda 8-ci olan “Milan”dı. 1991-93-cü illərdə A seriyasının 58 qarşılaşmasında uduzmayan milanlılar “Böyük beşlik”də ən yaxşı nəticəyə malikdi.

 

Azərbaycan çempionatlarının 24 illik tarixinin rekordu isə “Kəpəz”ə məxsusdu. Gəncəlilərin hesabında 28 oyunluq seriya var. “Turan” 27, “Neftçi” ilə “Şəmkir” isə 26 matçlıq məğlubiyyətsizliyi ilə öyünə bilər.

 

0