Verratti “Çelsi” ilə oyunu buraxa bilər
04.02.2016 - 18:21
Verratti “Çelsi” ilə oyunu buraxa bilər

PSJ-nin aparıcı oyunçularından olan Marko Verratti zədələnib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi bu səbəbdən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə ilk keçiriləcək ilk oyunu buraxa bilər.

 

Verrattinin adı məhz zədəsinə görə “Loryan”la çempionat oyununun iştirak ərizəsinə daxil edilməyib. Xavbek bu günlərdə növbəti dəfə tibbi müayinədən keçəcək və bundan sonra onun nə vaxt sıraya dönəcəyi bilinəcək.

 

Qeyd edək ki, PSJ – “Çelsi” qarşılaşması fevralın 16-da keçiriləcək.

 

 

0