“Roma”dan türk futbolçu haqqında sürpriz qərar
04.02.2016 - 19:41
“Roma”dan türk futbolçu haqqında sürpriz qərar

“Roma”nın futbolçusu Salih Uçan komandanın Çempionlar Liqasının növbəti mərhələsi üçün iştirak ərizəsindən çıxarılıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, ikinci turdən əvvəl heyətini yeniləyən “canavarlar” türk yarımmüdafiəçiyə ehtiyac duymayıb.

 

Luçano Spalettinin gəlişindən sonra komandanın gələcək planlarına daxil edilməyən gənc xavbek icarəyə göndərilmək istənsə də, “Fənərbaxça” buna razı olmamışdı. Belə olan halda isə ümumiyyətlə, heyətdən kənarlaşdırılan futbolçu yalnız daxili yarışlarda forma şansı qazana biləcək.

 

Qeyd edək ki, paytaxt klubu yeni transferlərdən Stefan El-Şaaravi və Dieqo Perottini iştirak ərizəsinə daxil edib.

0