[b]Avrokuboklardan 3 il məhrum edilib, 12 xalı silinəcək[/b]
04.02.2016 - 21:10
[b]Avrokuboklardan 3 il məhrum edilib, 12 xalı silinəcək[/b]

UEFA maliyyə fair play qaydalarını pozduğu üçün Ukraynanın “Dnepr” klubunu cəzalandırmağa hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumata görə, ötən mövsüm Avroliqada final oynayan və kuboku “Sevilya”ya uduzan Dnepropetrovsk təmsilçisi borclarını ödəmədiyi üçün ciddi cəzalara məruz qalacaq.

 

Daha əvvəl aralarında Azərbaycan təmsilçisi “İnter”in də olduğu bir neçə kluba yığılıb qalmış borclarını ödəməsi üçün tələb qoyan Avropanın ali futbol qurumu əks təqdirdə onları qitəmiqyaslı turnirlərdən uzaqlaşdırılacağını bildirmişdi.

 

Ancaq ukraynalıların prezidenti İqor Kolomoyski borclarını ödəməyəcəklərini deyib. Belə olan halda isə klub bunun əvəzini ağır ödəyəcək.

 

İddia edilir ki, UEFA “Dnepr”i 3 il müddətinə Avrokuboklardan məhrum etməklə yanaşı, komandanın 12 xalını siləcək və bir neçə dönəm transfer qadağası da tətbiq edəcək.

0