Fernando Torres də Çinə gedir?
05.02.2016 - 00:05
Fernando Torres də Çinə gedir?

Kolumbiyalı ulduz Cekson Martinezin Çinə transfer olması böyük ajiotaj yaratsa da, o, uzaq şərqə yollanan tək “Atletiko”lu olmaya bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, madridlilərin digər futbolçuları da maraq dairəsinə düşüb.

 

“Hindular”ın portuqaliyalı yarımmüdafiəçisi Tyaqo Mendeş və kapitan Qabi ilə birlikdə Fernando Torres də Çinə yollana bilər. Belə ki, bu futbolçulara J1 liqasının müxtəlif klubları tərəfindən təkliflər edilib.

 

Mənbə iddia edir ki, Torreslə təkcə çinlilər deyil, Yaponiya, ABŞ və BƏƏ klubları da ciddi maraqlanır.

 

Qeyd edək ki, hazırda icarə əsasında “Atletiko”da çıxış edən Torres müqavilə ilə “Milan”a məxsusdu.

0