“Qalatasaray” yeni transferinin xidmətindən istifadə edə bilməyəcək
05.02.2016 - 00:10
“Qalatasaray” yeni transferinin xidmətindən istifadə edə bilməyəcək

"Qalatasaray" Avroliqanın 1/16 final mərhələsində “Latsio” ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, siyahıya 24 futbolçunun adı düşüb.

 

“Sarı-qırmızılar” yeni transfer Rayan Donku da sifariş edib. Bundan başqa gənc qapıçı İsmayıl Çipe də yenilərdəndi. Qış transfer dönəmində “Molde”dən transfer edilən Martin Linnes isə mövsümün ilk yarısında Avroliqada çıxış etdiyi üçün heyətə salınmayıb.

 

İştirak ərizəsində aşağıda adları qeyd olunan futbolçular yer alıb:

 

Fernando Muslera, İsmayıl Çipe, Eray İşçan, Cenk Gönen, Aurelien Şedcu, Hakan Balta, Lionel Karol, Semih Kaya, Koray Günter, Tarık Çamdal, Sabri Sarıoğlu, Həmid Altıntop, Bilal Kısa, Yasin Öztekin, Səlçuk İnan, Uesli Sneyder, Joze Rodriqes, Ryan Donk, Olcan Adın, Emre Çolak, Umut Bulut, Lukas Podolski, Burak Yılmaz, Sinan Gümüş.

0