[b]“Neftçi” autsayderə qalib gələ bilmədi - YENİLƏNİB[/b]
05.02.2016 - 18:27
[b]“Neftçi” autsayderə qalib gələ bilmədi - YENİLƏNİB[/b]

Topaz Premyer Liqasında XX tura start verilib. Apasport.az saytının məlumatına görə, tur paytaxt derbisi ilə başlayıb.

 

Mövsümün ikinci yarısına qələbə ilə start götürən “Neftçi” birinciliyin autsayderi “Rəvan”ı sınağa çəkib. Çempionatın II dövrəsində öz meydanında gözlənilmədən uduzan “ağ-qaralar” həmin uğursuzluğun revanşını almaq arzusunda idilər.

 

Son 6 oyunda 3 xal üzünə həsrət olan “Rəvan” isə rəqibə daha bir zərbə vurmaq və özündən yuxarı pillələrdəki komandalara yaxınlaşmaq niyyətində idi.

 

İkinci hissənin əvvəllərində “Rəvan” gözlənilmədən hesabı açsa da, meydan sahibləri son dəqiqələrdə məğlubiyyətdən qaça biliblər. Buna baxmayaraq, “Neftçi” autsayder komanda ilə görüşdə önəmli 2 xal itirərək, avrokuboklara vəsiqə yolunda ciddi zərbə alıb.

 

Topaz Premyer Liqası

XX tur

5 fevral


“Neftçi” – “Rəvan” - 1:1

Qollar: Jairo Filyo Rodriges, 83 - Ceyhun Abdullayev, 48

Qırmızı vərəqələr: Jairo Filyo Rodriges, 88 - Yasin Həmid, 89

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Rauf  Hüseynli

Hakim-inspektor: Xaqani  Məmmədov

8-ci km qəsəbə stadionu

Mövsümün ilk yarısındakı oyunlar: 3:1, 2:3

 

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Filyo Jairo Rodriges, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 20. Salas Quinta Antonio, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 18. Elşən Rzazadə, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov

Baş məşqçi: Əsgər Abdullayev

 

“Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 21. Novruz Məmmədov, 17. Ramazan Abbasov (k), 14. Elvin Əliyev, 2. Ruslan Tağızadə, 9. Nuran Qurbanov, 13. Cəmşid Məhərrəmov, 8. Məmməd Quliyev. 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 98. Ülvi Kələşov, 19. Hüseyn Axundov, 5. Mirkamil Haşımlı, 16. Orxan Lalayev, 99. Əziz Hüseynov, 86. Yasin Həmid

Baş məşqçi: Bəhmən Həsənov

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

19

11

5

3

28-13

38

2

Zirə   

19

8

8

3

18-14

32

3

İnter   

19

8

6

5

19-14 

30

4

Kəpəz     

19

7

 8

4

22-17

29

5

Qəbələ     

19

7

7

5

24-16 

28

6

Neftçi  

20

7

7

6

21-19

28

7

AZAL   

19

7

4

8

12-17

25

8

Sumqayıt   

19

3

9

7

23-29

18

9

Xəzər L  

19

3

4

12

10-24

13

10

Rəvan 

20

2

8

10

13-27

8

* "Rəvan"ın hesabından 6 xal silinib


Bombardirlər: Ruslan Qurbanov (“Neftçi”), Riçard Almeyda (“Qarabağ”) – 7.

 

0