[b]“Azərbaycan klubunun oyunçusunu o qədər qaçırtdıq ki...”[/b]
05.02.2016 - 12:58
[b]“Azərbaycan klubunun oyunçusunu o qədər qaçırtdıq ki...”[/b]

“Spartak”ın əvəzedici heyətində əsas komandaya qarşı keçirdiyim oyunu unutmaram. Həmin görüşdə Ariyə qarşı çıxış edirdim. Onunla mübarizəyə girəndə başa düşdüm ki, kişi futbolu nə deməkdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moskva “Spartak”ının sabiq futbolçusu Soslan Qataqov deyib.

 

“Spartak”ın daha çox əvəzedici komandasında çıxış etmiş Qataqov ölkəsinin mətbuatına müsahibə verib. 24 yaşlı sol cinah müdafiəçisi bir neçə il öncə Azərbaycan komandasına qarşı keçirdiyi yoxlama görüşünü də xatırlayıb: “Mənə dedilər ki, məşq et, əsas komandaya götürülmək şansın var. Toplanışda sonuncu görüşümüzü Azərbaycan komandasına qarşı keçirdik. İlk dəfə idi ki, qaradərili oğlan mənim dalımca qaçırdı, mən onun dalınca yox. Biz onu cinahda o qədər qaçırtdıq ki, əvəzlənmək məcburiyyətində qaldı. Həmin matçdan sonra çox yorulmuşdum, hər yerim ağrayırdı. Əsas komandanın baş məşqçisi Valeri Karpin mənə dedi ki, əsas odu başın gicəllənməyib”.

0