[b]Yığmamızdan gözlənilən irəliləyiş[/b]
05.02.2016 - 13:53
[b]Yığmamızdan gözlənilən irəliləyiş[/b]

FİFA milli komandaların növbəti reytinq siyahısını martın 3-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, həmin vaxtadək yığmaların iştirakı ilə cəmi 9 qarşılaşma baş tutacaq.

 

Bu görüşlərdə 17 komanda meydana çıxacaq. Baş tutacaq görüşlərin hamısı yoxlama xarakteri daşıdığından, siyahıda ciddi dəyişikliklər olmayacaq. Bütün bunlar isə növbəti cədvəllə bağlı ehtimallar irəli sürmək imkanı verir.

 

Proqnozlarla tərtib olunan cədvəldə mövqeyini dəyişən azsaylı yığmalardan biri Azərbaycan millisidi. Komandamız gələn ay böyük ehtimalla 112-ci yerdə qərarlaşacaq. Xal hesabını 296-dan 300-ə çatdıracaq millimiz heç bir rəsmi matça çıxmadan irəliləyəcək.

 

Buna 4 komandanın geriləməsi səbəb olacaq. Belə ki, Çad 14, Fələstin 7 pillə geriləyəcək. Aruba ilə Türkmənistan 1 addım irəliləsə də, yığmamız onları axada qoyacaq.

 

Millimiz və “qonşuları”
107 (105). Liviya - 319 

108 (109). Niger - 312

109 (111). Anqola - 306

110 (112). Mərkəzi Afrika Respublikası – 302

110 (108). Nikaraqua - 302

112 (116). AZƏRBAYCAN – 300

113 (114). Aruba - 298

113 (114). Türkmənistan - 298

115 (117). Syerra-Leone – 296

116 (123). Ermənistan – 290

117 (110). Fələstin - 290

  

Dünyanın ən güclü 10 komandasının mövqeyində heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri xal hesablarını dəyişsələr də, öz yerlərində qalacaqlar.

 

İlk “onluq”

1 (1). Belçika – 1506

2 (2). Argentina – 1457

3 (3). İspaniya - 1374

4 (4). Almaniya – 1355

5 (5). Çili – 1307

6 (6). Braziliya – 1254

7 (7). Portuqaliya – 1234

8 (8). Kolumbiya – 1215

9 (9). İngiltərə - 1112

10 (10). Avstriya – 1095

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya  və San-Marinonun yeri dəyişməz qalacaq. Şimali İrlandiya 1 pillə irəliləyəcəksə, Norveç mövqeyini əldən verib, 1 addım geriləyəcək.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya – 1355

25 (25). Çexiya - 861

28 (29). Şimali İrlandiya - 83

51 (50). Norveç - 594

198 (198). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 943 xalla 20-ci yerdə qərarlaşıb.

 

0