[b]“Azərbaycan millisi əvvəlki gücündə deyil” – rusiyalı futzalçı[/b]
05.02.2016 - 14:35
[b]“Azərbaycan millisi əvvəlki gücündə deyil” – rusiyalı futzalçı[/b]

“Rusiya yığması builki Avropa çempionatının favoritidi. Bizim əsas rəqiblərimiz İspaniya və İtaliyadı”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Rusiya yığmasının müdafiəçisi Romulo deyib.

 

Serbiyada keçirilən qitə birinciliyinin C qrupunda yer alan ruslar ilk oyunlarında Qazaxıstan üzərində 2:1 hesablı qələbə qazanıblar.

 

Yerli mətbuata müsahibə verən qonşu ölkə komandasının 30 yaşlı futzalçısı Azərbaycan millisi barədə də fikir bildirib. O, yığmamızın əvvəlki gücündə olmadığını düşünür: “Bizimlə birlikdə favoritlərdən olan İtaliya yığmasının Azərbaycanla matçını izlədik. Etiraf etməliyəm ki, baxımlı oyun göstərdilər. Ancaq Azərbaycan millisinin əvvəlki gücündə olmadığını da bildirməliyəm. Onların bir neçə üzvü çimərlik futbolunda da çıxış edir. Zeynal Zeynalov, həmçinin Vitali Borisov... Onlar İtaliya ilə görüşdə komandanın əsas oyunçuları idi”.

0