Daha bir ulduz futbolçu Çinə köçə bilər
05.02.2016 - 14:58
Daha bir ulduz futbolçu Çinə köçə bilər

PSJ-nin argentinalı futbolçusu Ezekyel Lavezzi karyerasını Çində davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Beytszin Qoan” klubu 31 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

 

Lavezzinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır və tərəflər yeni sözləşmə barədə hələ ki, razılığa gələ bilməyiblər.

 

“Çelsi” və “İnter”in də maraq dairəsində olan futbolçu uğrunda mübarizəyə çinlilər də qoşulublar. “Beytszin Qoan”ın üstünlüyü ondadı ki, digər birinciliklərdən fərqli, Çin çempionatında “transfer pəncərəsi” fevralın sonunda bağlanacaq.

 

Asiyalılar bu keçidin baş tutması üçün 6 milyon avro xərcləməyə hazırdılar.

 

 

0