[b]Tomaş Neumann: Azərbaycan millisi səhvlərimizdən maksimum yararlandı - MÜSAHİBƏ[/b]
06.02.2016 - 11:27
[b]Tomaş Neumann: Azərbaycan millisi səhvlərimizdən maksimum yararlandı - MÜSAHİBƏ[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk qələbəsini qazanıb. D qrupunda yer alan komandamız Çexiyaya 6:5 hesabı ilə qalib gəlib. Gərgin keçən görüşdən sonra rəqibin baş məşqçisi Tomaş Neumannın apasport.az saytına müsahibə verib.

 

- Bu qədər həyəcana, gərginliyə dözmək çətin deyil?

- Məşqçinin işi budu. Lazım gələndə həyəcana da qalib gəlməlisən. Bacardıqca soyuqqanlı olmaq lazımdı.

 

- Bəs oyunla bağlı nə deyə bilərsiz?

- İlk növbədə qələbə münasibəti ilə Azərbaycan yığmasını təbrik edirəm. Çox emosional, gərgin və bir az da dramatik oyun oldu. Yaxşı oynamağa çalışdıq. Amma Azərbaycan bizdən daha yaxşı oynadı.

 

- Ancaq rəqibiniz də çoxsaylı səhvlərə yol verdi...

- Düzdü, Azərbaycan millinin üzvləri səhvlərə yol verdi və biz də qollar vurduq. Ancaq bizim daha çox səhvə yol verdiyimizi və rəqibin də bundan maksimum yararlandığını qeyd etməliyəm. Belə deyək də, bu oyun səhvlərin yarışı oldu. Hesab bizim daha çox səhvə yol verdiyimizi ortaya qoyur.

 

- Azərbaycan qrup oyunlarını başa vurdu, sizi isə İtaliya ilə duel gözləyir. Son çempiona qarşı necə oynamağı düşünürsüz?

- İtaliya təkcə bizim qrupunun deyil, bütövlükdə Avropa çempionatının favoritidi. Ancaq bütün qarşılaşmaların start fiti səsləndirilən zaman tablodakı hesab 0:0 olur. Bizim görüşümüz də belə başlayacaq. Bu dəfə Azərbaycanla oyunda etdiyimiz səhvləri buraxmamalıyıq. Çalışacağıq ki, İtaliyaya sürpriz hazırlayaq. Fərqli taktikadan istifadə edəcəyik. Ancaq biz İtaliya ilə oyunu hələ ki uduzmamışıq, hesab 0:0-dı.

 

- Reallığı nəzərə alsaq, qrupda Azərbaycanı qabaqlayacağınıza hələ də inanırsız?

- Şanslar davam edir. Niyə də mümkün olmasın. Əgər biz qələbə qazana bilsək, 1/4 finala yüksələcəyik. Buna şübhəmiz də yoxdu. Ona görə də şansımız varsa, sona qədər istifadə etməliyik. Rəqibin adından çəkinməməliyik.

0