[b]"Qarabağ" - "Xəzər Lənkəran" oyununun hakimi dəyişdirildi[/b]
06.02.2016 - 15:09
[b]"Qarabağ" - "Xəzər Lənkəran" oyununun hakimi dəyişdirildi[/b]

Topaz Premyer Liqasının XX turunun "Qarabağ" - "Xəzər Lənkəran" oyununun hakimlər briqadasında dəyişiklik edilib. Apasport.az-ın PFL-in saytına istinadən məlumatına görə, yan xətt hakimi Coşqun Həsənovun hərarəti olduğu üçün əvəzlənib.

 

Onun yerinə Kamran Bayramov təyinat alıb.

 

Qeyd edək ki, görüş bu gün keçiriləcək.  

0