[b]AVRO-2016: Millimiz 1/4 finalda![/b]
08.02.2016 - 01:39
[b]AVRO-2016: Millimiz 1/4 finalda![/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Serbiyada təşkil olunan turnirdə D qrupunda mübarizə aparan Azərbaycan millisinin növbəti mərhələyə yüksəlib.

 

Belə ki, yığmamızla eyni qrupda yer alan İtaliya və Çexiya komandalarının qarşılaşması bizim üçün uğurlu olub. İki oyundan sonra hesabında 3 xal olan millimiz İtaliyanın darmadağınla qalib gəlməsindən sonra qrupda ikinci yeri tutub və 1/4 finala yüksəlib.

 

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

Qrup mərhələsi

III tur

7 fevral

D qrupu

 

Çexiya - İtaliya - 0:7

Qollar: Fortino, 1, 22, Lima, 11, Merlim, 21, Kudelka, 22 (öz qapısına), Onorio, 24, Patias, 33

 

Hakimlər: Timo Onatsu (Finlandiya), İvan Şabanov (Rusiya)

Belqrad. “Belqrad Arena”

 

1.

İtaliya

2

2

0

0

10:0

6

2.

Azərbaycan

2

1

0

1

6:8

3

3.

Çexiya

2

0

0

2

5:13

0

0