[b]“Azərbaycan önündə texnikalı oyun göstərməyə çalışacağıq”[/b] - FOTO
08.02.2016 - 10:13
[b]“Azərbaycan önündə texnikalı oyun göstərməyə çalışacağıq”[/b] - FOTO

“Xorvatiya ilə oyunda bizə baxımlı çıxışdan çox nəticə lazım idi. İndi Azərbaycanla görüşə tam hazırlaşmaq üçün vaxtımız var”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Rusiya yığmasının müdafiəçisi İvan Milovanov deyib.

 

Serbiyada keçirilən Avropa çempionatının qrup mərhələsində Qazaxıstan üzərində qələbədən (2:1) sonra Xorvatiya ilə qollu heç-heçə (2:2) edən ruslar 1/4 finalda millimizə rəqib olub.

 

27 yaşlı futzalçı yığmamızla qarşılaşmada fərqli oyun nümayiş etdirəcəklərini bildirib: “Xorvatiya ilə görüşdə rəqibi topsuz qoymağa çalışdıq. Ancaq xorvatlar matça yüksək əhval-ruhiyyədə çıxmışdılar. Buna görə də, gərgin mübarizə getdi. Az qolun vurulmağını da bununla bağlamaq olar. 1/4 finalda Azərbaycan önündə isə texnikalı və gözəl oyun göstərməyə çalışacağıq. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq. Bizi dəstəkləmək üçün Belqrada gələn azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirik”.

 

Qeyd edək ki, sabah keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0