[b]“Neftçi”nin bombardiri “Xəzər Lənkəran”a qarşı oynamayacaq[/b]
08.02.2016 - 10:41
[b]“Neftçi”nin bombardiri “Xəzər Lənkəran”a qarşı oynamayacaq[/b]

 

Topaz Premyer Liqasının XX turu 9 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, həmin futbolçulardan 5-i qırmızı, 4-ü sarı vərəqə limitini doldurması üzündən növbəti oyunu buraxacaq.

 

Ən ağır zərbə “Rəvan”a dəyib. Çempionatın autsayderi 3 futbolçusunun xidmətindən məhrumdu. XXI turda “Zirə”nin qonağı olacaq Bəhmən Həsənovun komandası kapitanı Ramazan Abbasov, həmçinin Ruslan Tağızadə ilə Yasin Həmiddən yararlana bilməyəcək. Sonuncu “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldığından, digərləri isə 4-cü xəbərdarlığa məruz qaldığından bu aqibətlə üzləşib.

 

“Ağ-qaralar” da autsayderlə matçda iki oyunçusunu itirib. Bu görüşdə bərabərlik qoluna imza atan Filyo Jairo Rodriges qırmızı vərəqə üzündən “Xəzər Lənkəran”la növbəti turun matçını buraxacaq. Bakılıların bombardiri Ruslan Qurbanov da əvvəlki prinsipiallığı qalmayan “Böyük oyun”u buraxacaq. Buna milliləşən rusiyalının 8-ci sarı vərəqəsi səbəb olub.

 

Həmin matçda “Xəzər Lənkəran” da Ruslan Cəfərovun xidmətindən yararlana bilməyəcək. Buna səbəb onun “Qarabağ”la qarşılaşmada qırmızı vərəqə almasıdı.

 

XXI turda Ağdam klubunu qəbul edəcək “Kəpəz” Budaq Nəsirovu itirib. Qərblilərin əsas heyət oyunçusu 8-ci dəfə sarı vərəqə alıb. Digər iki oyunçu isə qırmızı vərəqə üzündən turu buraxacaq. Tağim Novruzov “İnter”lə ev görüşündə AZAL-a, Emin Mehdiyev “Qəbələ” ilə səfər matçında “Sumqaylt”a kömək edə bilməyəcək.

0