[b]“Neftçi” millimizin üzvü ilə müqavilə bağlayır[/b]
08.02.2016 - 12:05
[b]“Neftçi” millimizin üzvü ilə müqavilə bağlayır[/b]

Qış fasiləsində “Xəzər Lənkəran”dan Elşən Rzazadəni transfer edən “Neftçi” klubu daha bir yeni futbolçu ilə müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, söhbət milliləşdirilən Ukrayna əsilli futbolçu Anton Krivotçukdan gedir.

 

Robert Prosineçkinin millimizin “sükanı arxasın”a keçdiyi ilk vaxtlarda yığmamıza çağırılan Anton Krivotçuk bir neçə gün idi “Neftçi”də baxışda idi. “Ağ-qaralar”ın baş məşqçisi Əsgər Abdullayev sol cinah müdafiəçisinin çıxışından razı qalıb və rəhbərliklə söhbətində onu komandasında görmək istədiyini bildirib.

 

Klub rəhbərliyi Krivotçukla razılığa gəlib. Hazırda sənədləşmə işi ilə məşğul olan “ağ-qaralar” bu məsələni həll edən kimi, gənc futbolçu ilə rəsmi müqavilə imzalayacaqlar. “Transfer pəncərəsi” bağlansa da, Antonun azad agent statusu daşıması onun paytaxt klubuna keçidinə problem yaratmayacaq.

 

Qeyd edək ki, fasilə müddətində Jairo Filyo Rodrigeslə yeni sözləşmə imzalayan “Neftçi” 3 futbolçu - Kaue da Silva, Əziz Quliyev və Miçal Peskoviçlə yolları ayırıb.

 

0