[b]Pavel Paşayevin “Qəbələ”yə keçidi niyə yubanır?[/b]
08.02.2016 - 12:37
[b]Pavel Paşayevin “Qəbələ”yə keçidi niyə yubanır?[/b]

“Qəbələ” milli komandamızın müdafiəçisi Pavel Paşayevlə anlaşsa da, onunla hələ rəsmi müqavilə imzalamayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, buna səbəb futbolçunun transfer vərəqəsinin gecikməsidi.

 

Məsələ burasındadı ki, Paşayevin formasını geyindiyi Zaporojye “Metallurq”u ağır günlərini yaşayır və dağılmaq təhlükəsi ilə üz-üzədi. Artıq bir çox oyunçu maliyyə problemi ucbatından elita klubunu tərk edib. Hazırda isə Paşayev də daxil olmaqla, həmin futbolçuların transfer vərəqəsi Ukrayna Futbol Federasiyasındadı.

 

“Qəbələ” rəhbərliyi ukraynalıların həmin vərəqəni göndərmələrini gözləyir. Yaxın günlərdə bu problemin yoluna qoyulması və 28 yaşlı müdafiəçinin “qırmızı-qaralar”la rəsmən anlaşması gözlənilir.

 

Qeyd edək ki, Pavel Paşayevin “Qəbələ” ilə müqavilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

0