[b]Souza qayıtdı, İvanoviç “Xəzər Lənkəran”la oyuna hazır olacaq[/b]
08.02.2016 - 13:44
[b]Souza qayıtdı, İvanoviç “Xəzər Lənkəran”la oyuna hazır olacaq[/b]

Topaz Premyer Liqasının debütantı “Zirə” ölkə çempionatının XXI turu çərçivəsində “Rəvan”la keçirəcəyi oyunöncəsi şad xəbər alıb. Apasport.az saytına klubdan verilən məlumata görə, “qartallar”ın aparıcı oyunçularından olan Dieqo Souza zədəsini sağaldaraq, sıraya dönüb.

 

Braziliyalı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən hər iki görüşü zədəli olduğu üçün buraxmışdı. Komanda ilə birgə məşqlərə başlayan Souza artıq özünü yaxşı hiss edir. Məşqçilər korpusu Souzanın adını “Rəvan”la matçın “18-liy”inə daxil edəcək. Sıraya yenicə döndüyü üçün əsas heyətdə yer almayacaq futbolçu oyuna sonradan qoşula bilər.

 

“Zirə”nin digər zədəlisi İqor İvanoviç isə hələlik fərdi məşqlərlə kifayətlənir. 3-4 gündən sonra kollektivlə məşqlərə başlayacaq monteneqrolu yarımmüdafiəçi “Rəvan”la oyunda komandasına kömək edə bilməyəcək. İvanoviç XXII turda “Xəzər Lənkəran”la keçiriləcək matça isə hazır olacaq.

 

Qeyd edək ki, “Zirə” “Rəvan”la görüşdə mərkəz müdafiəçisi Yovan Krneta və dayaq yarımmüdafiəçisi Viktor İqbekoyinin də xidmətindən yararlana biləcək. Hər iki futbolçu cəza müddətini başa çatdırıb.

 

0