[b]Rəhim Həsənov Hollandiya yığmasının oyununa təyinat aldı[/b]
08.02.2016 - 16:00
[b]Rəhim Həsənov Hollandiya yığmasının oyununa təyinat aldı[/b]

Beynəlxalq dərəcəli hakim Rəhim Həsənova UEFA tərəfindən növbəti təyinat verilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, FİFA referisi gələn ay Hollandiyaya yollanacaq.

 

Həsənov və FİFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində oyunlar idarə edəcəklər.

 

Hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaqlar.

0