Avropa çempionatında ilk yarımfinalçılar müəyyənləşdi
09.02.2016 - 09:00
Avropa çempionatında ilk yarımfinalçılar müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının final mərhələsində 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk günündə 2 qarşılaşma baş tutub.

 

Yarımfinala ilk vəsiqəni AVRO-2016-nın meydan sahibi Serbiya qazanıb. Balkanlılar Ukraynanı 2:1 hesabı ilə məğlub edib.

 

Yarışa mükafat iddiası ilə gələn Pireney komandalarının dueli daha maraqla gözlənilsə də, İspaniya Portuqaliyanı asanlıqla məğlub edib. 6 qat Avropa çempionu rəqibini 6:2 hesabı ilə keçib.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin son iki matçı bu gün baş tutacaq. Azərbaycan Rusiya, Qazaxıstan İtaliya ilə qarşılaşacaq. Yığmamız mərhələ adlasa, Serbiya ilə görüşəcək.

 

Avropa çempionatının final mərhələsi

1/4 final

8 fevral

Serbiya – Ukrayna – 2:1

Portuqaliya – İspaniya – 2:6

0