[b]“Topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim” - Ermin Zets[/b]
09.02.2016 - 09:15
[b]“Topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim” - Ermin Zets[/b]

“Son turlarda qalib gələ bilmədiyimizdən bu qələbə bizim üçün çox vacib idi. 3 xal qazanmaq vəzifəsinin öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Ermin Zets deyib.

 

Topaz Premyer Liqasının XX turunda “İnter”lə qarşılaşan “Qəbələ” mövsümün ikinci yarısında ilk qələbəsini qazandı.

 

Səfər oyununda hesabına 3 xal yazan “qırmızı-qaralar”ın 1:0 hesablı qələbəsi Zetsin qolu sayəsində gerçəkləşib. Bosniya və herseqovinalı hücumçu görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb: “İnter” çox yaxşı komandadı. Onlara qarşı oynamaq həmişə çətindi. Bu matç da ağır oyun oldu. Amma yaranan qol imkanından istifadə edib, qalib gələ bildik. Komanda şəklində mübarizə aparıb, öz oyunumuzu nümayiş etdirdik. Qarşıdakı görüşlərdə də sonadək mübarizə aparacağıq. Fikrimcə, bu qələbə komandamız üçün yeni uğurların başlanğıcı olacaq. “İnter”i məğlub etməklə, qələbə seriyasına başladıq. Bunun davamını gətirmək üçün əlimdən gələni etməyə, hər matçda qol vurmağa çalışacağam. Təbii ki, əsas 3 xal qazanmağımızdı. Qələbə qolunu vurduğum üçün sevinirəm. Lakin daha vacib olan qələbəmiz idi. Qol epizoduna gəlincə, həmin vaxt topun tirdən dönüb, mənə düşəcəyini gözləmirdim. Amma top ayağıma düşəndən sonra yalnız ona dəqiq zərbə vurmaq haqda düşündüm”.

 

0