[b]Millimiz yarımfinala çıxa bilmədi - YENİLƏNİB[/b]
09.02.2016 - 23:10
[b]Millimiz yarımfinala çıxa bilmədi - YENİLƏNİB[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsində 1/4 finalın daha bir oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, yarımfinala vəsiqə uğrunda mübarizə aparan Azərbaycan millisi Rusiya ilə qarşılaşıb.

 

İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalardan sonra D qrupunda 2-ci yeri tutan komandamız C qrupunun qalibi  - Rusiyaya qarşı oyunda növbəti tura vəsiqə axtarışına çıxıb.

 

İlk hissəsi maraqlı mübarizə şəraitində keçən qarşılaşmada hesabı ruslar açıb. Çox keçmədən isə millmiz bərabərlik qolunu vurub. Ancaq fasiləyə qədər daha bir dəfə fərqlənən şimal qonşularımız hissəni öndə bitirib.

 

İkinci yarı isə millimiz üçün uğursuz olub. Daha dörd dəfə Rövşən Hüseynovu məyus edən ruslara sadəcə bir qolla qarşılıq verən Tino Perezin yetirmələri qarşılaşmadan 2:6 hesablı məğlubiyyətlə ayrılıb.

 

Bununla da milli komandamız Avropa çempionatındakı çıxışını başa vurub.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

1/4 final

9 fevral

 

Rusiya – Azərbaycan - 6:2

Qollar: Abramov, 7, 26, Romulo, 15, Eder Lima, 25, 39, 40 - Avqusto, 8, 28

Belqrad. “Belqrad Arena”

 

Rusiya: 12. Qustavo, 18. Daniel Davidov, 3. Nikolay Pereverzev, 8. Eder Lima, 10. Robinyo

Ehtiyat oyunçular: 1. Sergey Vikulov, 2. Vladislav Şayaxmedov, 5. Sergey Sergeyev, 7. Daniel Kutuzov, 14. İvan Milovanov, 15. Romulo, 4. Dmitri Lıskov, 9. Sergey Abramov, 17. Renat Şakirov

 

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amedeu

Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fine de Arauyo, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 18. Sergey Çuykov

 

0