[b]AVRO-2016: Futzalçımızın qolu ən yaxşılar arasında[/b]
09.02.2016 - 10:16
[b]AVRO-2016: Futzalçımızın qolu ən yaxşılar arasında[/b]

Serbiyada davam edən futzal üzrə Avropa çempionatında qrup mərhələsinin ən gözəl 10 qolu seçilib. Apasport.az saytının məlumatına görə, ilk “onluq”da Azərbaycan yığmasının üzvü də var.

 

Qrup mərhələsində Çexiya ilə qarşılaşmada Eduardonun rəqib qapısından keçirdiyi top ən baxımlı qollar arasında göstərilib. Həmin görüşdə 6:5 hesablı qələbə sayəsində millimiz növbəti mərhələyə adlayıb.

 

Portuqaliya yığmasının lideri Rikardinyonun 2 qolu ən yaxşılar arasında daxil olub. Onun qrupda Serbiyanın qapısından keçirdiyi top isə hələlik ən baxımlı qol hesab edilir.

 

Ən gözəl 10 qolun müəllifləri: Serik Camankulov (Qazaxıstan), Slobodan Rayçeviç (Serbiya), Migelin (İspaniya), Sergey Abramov (Rusiya), Dmitri Sorokin (Ukrayna), Rikardinyo (Portuqaliya - 2 qol), Eduardo (Azərbaycan), Zoltan Drot (Macarıstan), Alessandro Patias (İtaliya).

 

Qeyd edək ki, qitə birinciliyində 1/4 finala vəsiqə qazanan Azərbaycan yığması bu gün həmin mərhələdə Rusiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0