[b]Tino Peres: İtaliya yığmasının ikinci qolundan sonra...[/b]
09.02.2016 - 10:18
[b]Tino Peres: İtaliya yığmasının ikinci qolundan sonra...[/b]

“Rusiya yığmasını çox yaxşı tanıyıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres deyib.

 

Millimiz Serbiyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün Rusiya ilə qarşılaşacaq.

 

Matçdan öncə UEFA-nın saytına danışan Peres maraqlı fikirlər səsləndirib. O, əvvəlcə qrup mərhələsinin görüşlərindən bəhs edib: “İtaliya – Çexiya oyununun nəticəsi bizim üçün önəmli idi. Buna görə də, matçı tribunadan narahatlıqla izləyirdik. Narahatlığımız İtaliyanın ikinci qolu vurmasına qədər davam etdi. Bundan sonra isə rahatlaşdıq. İtaliya çox yaxşı oynadı və bizim qrupda liderliyə layiq idi”.

 

Rusiya ilə keçiriləcək görüşü dəyərləndirən yığmamızın çalışdırıcısı qeyd edib ki, 1/4 finala yüksəlmək komandamızdakı özünəinam hissini artırmalıdı: “İndi bizi Rusiya ilə matç gözləyir. Oyun keyfiyyətimizi bir qədər də artırmalıyıq. Ümid edirəm ki, 1/4 finala yüksəlməyimiz bizə əlavə özünəinam hissi və enerji verəcək. Rusiyada işlədiyimdən, bu yığmanı yaxşı tanıyıram. Bir neçə oyunçularını çalışdırmışam. Onlar da məni yaxşı tanıyırlar və bir-birimizə eyni qaydada yanaşırıq”.

 

Qeyd edək ki, “Belqrad Arena”da keçiriləcək Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə 21:30-da start götürəcək.  

0