[b]“Lokomotiv”dən yeni transfer - FOTO[/b]
09.02.2016 - 11:14
[b]“Lokomotiv”dən yeni transfer - FOTO[/b]

“Lokomotiv” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Dördlər finalı”nı hədəfləyən “dəmiryolçular” daha bir voleybolçunun transferini rəsmiləşdiriblər.

 

Bakı təmsilçisi Valeriya Zaqorskaya ilə razılıq edib. 18 yaşlı azərbaycanlı hücumçu ən azı mövsümün sonuna kimi komandada qalacaq. “Lokomotiv” 170 sm boya malik oyunçunu artıq Çempionlar Liqası üçün də sifariş edib. O, ilk peşəkar komandasında 7 nömrəli formanı daşıyacaq.

 

Zaqorskayanın siyahıya adının daxil edilməsi isə Ayşən Abduləzimovanın “Volero” ilə matçı buraxması ilə nəticələnəcək. Çünki yığmamızın blokçusu Türkiyədə çiynindən əməliyyat olunduğundan bir müddət meydandan kənar qalacaq.

 

İsveçrə təmsilçisi ilə oyun sabah keçiriləcək.  

0