[b]Oğuz Çətinin bəyənmədiyi futbolçu “Xəzər Lənkəran”a gəldi[/b]
09.02.2016 - 11:49
[b]Oğuz Çətinin bəyənmədiyi futbolçu “Xəzər Lənkəran”a gəldi[/b]

Ölkə çempionatının XXI turunda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu cəlb olunub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Bayram Budaqov baxışdan keçmək üçün “ağ-yaşıllar”ın düşərgəsinə qoşulub.

 

Baş məşqçi Elbrus Məmmədov 22 yaşlı hücumçunu bir neçə gün yoxladıqdan sonra onunla bağlı qərar verəcək. Ukraynanın “Dnepr” klubunun keçmiş üzvü özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

 

Əslində, Budaqov “Xəzər Lənkəran” üçün yad futbolçu deyil. Məsələ burasındadı ki, Oğuz Çətin komandanı çalışdırdığı dövrdə, konkret olaraq, 2014-cü ilin yayında da Bayram cənub klubuna baxışa gəlmişdi. Lakin həmin vaxt futbolçu sınaq prosesindən uğurlu çıxa bilməmişdi.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsində Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu, Vaquf Güləliyev, Vüqar Bəybalayev, Tural Qürbətov və Asif Mirilini heyətinə qatıb.

 

0