[b]Limon "Qarabağ"a baha başa gəldi: 2000 manat[/b]
09.02.2016 - 12:28
[b]Limon "Qarabağ"a baha başa gəldi:  2000 manat[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub.

 

Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb.

 

Turda 5 qırmızı vərəqə alan futbolçuların cəzaları fərqli olub. Jairo Filyo Rodriges (“Neftçi”) “Rəvan”la, Emin Mehdiyev (“Sumqayıt”) “Zirə” ilə, Tagim Novruzov (AZAL) “Kəpəz”lə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb. 

 

“Neftçi”matçda birbaşa qırmızı vərəqə alan Yasin Həmid (“Rəvan”) isə 2 oyunluq cəzalanıb və klubunu 2000 manat xərcə salıb. 6 oyunçusu sarı vərəqə alan “Rəvan” daha 1000 manat ödəməli olacaq.

 

“Qarabağ”la matçda qırmızı vərəqə alan Ruslan Cəfərov isə 1 oyunluq cəzaya məruz qalıb. O, “Xəzər Lənkəran”ın 200 manat cərimələnməsinə səbəb olub. 

Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıblar. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

0