“Barselona”nın futbolçusu qərarını verdi
09.02.2016 - 17:48
“Barselona”nın futbolçusu qərarını verdi

“Barselona”nın gənc müdafiəçisi Mark Bartra komandasını dəyişmək qərarına gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb oyun praktikasının azlığıdı.

 

Bartra Kataloniya klubunun əsas heyətində nadir hallarda yer almasından narazıdı. İlk “11-lik”də möhkəmlənə bilməyəcəyini anlayan futbolçu mövsümün sonunda “Barsa” ilə yolları ayırmağa qərar verib.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Bartra 2010-cu ildən əsas komandada çıxış edir. 

0