[b]“...Messi het-trik etsə belə, məyus olmayacam”[/b] – Petr Çex
09.02.2016 - 18:45
[b]“...Messi het-trik etsə belə, məyus olmayacam”[/b] – Petr Çex

“Az qapıçı var ki, Messi ona qol vura bilməyib. Həmin şəxslərdən biri olmağım olduqca müsbət haldı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun qapıçısı Petr Çex deyib.

 

Çexiyalı qolkiper “Barselona”nın hücumçusu Lionel Messinin qol vura bilmədiyi nadir qapıçılardandı. 34 yaşlı çərçivə qoruyucusu sabiq komandası “Çelsi”nin heyətində 6 dəfə “Barselona”ya qarşı oynasa da, Messinin bütün qol həmlələrini dəf etməyi bacarıb.

 

Çexin bu uğurlu seriyanı Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barsa” ilə qarşılaşmalarda qoruyub-qorumayacağı maraq doğurur.

 

Bununla bağlı UEFA-nın saytına açıqlama verən Çex onun üçün mərhələ adlamağın daha vacib olduğunu bildirib: “Əgər mərhələ adlayan tərəf biz olacağıqsa, Messi bu dəfə qol vura bilsə də, olar. Təki ¼-ə adlayaq, Lionel het-trik etsə belə, məyus olmayacam”.

 

Qeyd edək ki, “Arsenal” və “Barselona” arasında ilk qarşılaşma fevralın 23-də, cavab görüşü isə martın 16-da keçiriləcək.

 

 

0