[b]“Barselona”da Arda problemi[/b]
10.02.2016 - 14:11
[b]“Barselona”da Arda problemi[/b]

“Barselona”nın türkiyəli futbolçusu Arda Turan komandasının səhər məşqində iştirak etməyib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin ayağında ağrı hiss etməsi səbəb olub.

 

Nəticədə Arda “Barselona”nın məşq prosesinə qatıla bilməyib. Buna baxmayaraq, 28 yaşlı futbolçunun İspaniya Kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə bu gün keçiriləcək cavab oyununda iştirak edəcəyi bildirilir.

 

Qeyd edək ki, “Barselona” yarımfinalın ilk görüşündə “Valensiya”ya 7:0 hesabı ilə qalib gəlmişdi.

 

0