Millimizlə oyunda het-trik etdi, ikinci pilləyə yüksəldi
10.02.2016 - 16:44
Millimizlə oyunda het-trik etdi, ikinci pilləyə yüksəldi

Futzal üzrə Avropa çempionatının ¼ final mərhələsində yığmamızla görüşdə 3 qola imza atan Rusiya millisinin üzvü Eder Lima şəxsi göstəricisini yaxşılaşdırıb. Apasport.az saytı şimal qonşularımızın mətbuatına istinadən xəbər verir ki, Braziliya əsilli hücumçu het-trik sayəsində Avropa çempionatlarında minimum 10 qol vuran rusiyalı futzalçıların siyahısına daxil olub.

 

Belə ki, Lima qitə birinciliyindəki qollarının sayın 11-ə çatdırıb. Bununla da, o, aktivində 10 qol olan Vladislav Şayaxmetovu adlayaraq, ikinci pilləyə yüksəlib

 

Lima ilk pillənin sahibi Konstantin Yeryomenkodan 9 qol ayırır. Yeryomenkonun hesabında 20 qol var.

 

Qeyd edək ki, 32 yaşlı “sambaçı” 2010-cu ildən Rusiya yığmasının formasını geyinir. 

0