Mourinyo yeni klubu ilə anlaşdı
10.02.2016 - 18:28
Mourinyo yeni klubu ilə anlaşdı

İspaniya mətbuatı “Mançester Yunayted”i gələn mövsüm çalışdıracaq məşqçinin adını açıqlayıb. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, həmkarlarımız “qırmızı şeytanlar”ın Joze Mourinyo ilə anlaşdığını yazıblar.

 

Məlumatda vurğulanıb ki, portuqaliyalı mütəxəssisin meneceri Jorje Mendeş “mankunianlar”ın rəhbərliyi ilə danışığı artıq yekunlaşdırıb. Tərəflər arasında razılığa əsasən, Mourinyo ada təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkəcək. Onun yeni komandasında illik məvacibi isə 20 milyon avro təşkil edəcək. Hətta Mourinyonun indidən rəhbərliyə təqdim etmək üçün transfer siyahısı hazırladığı da deyilir.

 

Qeyd edək ki, Joze Mourinyo son klubu olan “Çelsi”dən cari mövsümün gedişində ayrılıb.

0