“Everton”un ən yaxşı qolunun müəllifi 10 yaşlı uşaq oldu
10.02.2016 - 20:27
“Everton”un ən yaxşı qolunun müəllifi 10 yaşlı uşaq oldu

“Everton”un yanvar ayında vurduğu ən yaxşı qolun müəllifi mükafatlandırılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə mükafat 10 yaşlı Corc Şouya verilib.

 

Serebral iflic xəstəliyindən əziyyət çəkən yeniyetmə Premyer Liqanın 23-cü turu çərçivəsində “Suonsi” ilə qarşılaşmanın dövrə arasında simvolik zərbə ilə topu qapıdan keçirmişdi.

 

Klub saytında ən yaxşı qolların siyahısında yer alan zərbəyə seçkidə iştirak etmiş abonentlərin 86%-i səs verib.

0