[b]“Neftçi”nin icraçı direktoru ECA-nın Baş Assambleyasında iştirak edib - FOTOSESSİYA[/b]
10.02.2016 - 20:41
[b]“Neftçi”nin icraçı direktoru ECA-nın Baş Assambleyasında iştirak edib - FOTOSESSİYA[/b]

Fevralın 9-da Fransanın paytaxtı Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) sayca 16-cı Baş Assambleyası təşkil olunub. Apasport.az saytının məlumatına görə, FİFA-nın baş katibinin müavini Marko Villinger, UEFA-nın baş katibi Canni İnfantino və ECA-nın sədri Karl-Haynz Rummenige ilə yanaşı, ümumilikdə 143 klub nümayəndəsinin iştirak etdiyi assambleyada “Neftçi”-ni klubun icraçı direktoru Elnur Məmmədov təmsil edib.

 

ECA-nın FİFA tərəfindən qəbul olunmuş vacib qərarlarda fəal iştirakı tədbirin əsas mövzusu olub. Bildirilib ki, FİFA əsas futbol strukturu kimi futbolun inkişafı və idarə olunmasında məsul qurumdur. Bu səbəbdən də FİFA klub və futbolçularla daha sıx münasibətdə olmalıdır.

 

Bundan bir gün öncə, 8 fevral tarixində isə Elnur Məmmədov üzvü olduğu “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun iclasında iştirak edib. Tədbirdə işçi qrupunun üzvləri növbəti illərdə baş tutacaq klub turnirlərinin təşkili və inkişafı mövzusunda müzakirələr aparıblar.

 

İki günlük səfər çərçivəsində klub nümayəndələri 4-cü diviziya klubları üçün təşkil olunmuş iclasda bir araya gəliblər.

0