Maradona, Çilavert, Baccio, Romario və digərləri Bolqarıstana gedəcəklər
10.02.2016 - 21:36
Maradona, Çilavert, Baccio, Romario və digərləri Bolqarıstana gedəcəklər

Mayın 20-də Bolqarıstanda veteran ulduzlar arasında futbol matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, əfsanəvi oyunçu Xristo Stoiçkovun 50 illik yubileyinə həsr olunmuş qarşılaşmada 80-90-cı illərin ən tanınmış oyunçuları çıxış edəcəklər.

 

ESPN məlumat yayıb ki, Dieqo Maradona, Romario, Roberto Baccio, Jan Pyer Papen, Canfranko Zola, Miyatoviç, Gerogi Haci kimi veteranlar artıq yubiley qarşılaşmasında iştirak edəcəklərini təsdiqləyiblər.

 

Bundan əlavə kolumbiyalı Karlos Valderama, meksikalı Xorxe Kempes və paraqvaylı Luis Çilavert kimi qapıçılar da bu matçda iş başında olacaqlar.

 

Qeyd edək ki, karyerasının ın yaxşı illərini “Barselona”da keçirmiş Stoiçkov 1994-cü ildə Dünyanın ən yaxşı futbolçusu olaraq “Qızıl Top”a layiq görülmüşdü. 

0