Çinlilər “Milan”a da “ilişdi”lər
10.02.2016 - 22:16
 Çinlilər “Milan”a da “ilişdi”lər

Transfer bazarının ən aktiv müştəriləri olan Çin klubları “Milan”dan yan keçməyiblər. Apasport.az saytının məlumatına görə, “Pekin Qoan” İtaliya təmsilçisinin braziliyalı hücumçusu Luis Adrianonu hədəfə alıblar.

 

28 yaşlı forvard üçün təklif olunan 11 milyon avro isə milanlıları razı salmır. “Rassionerlər” hücumçuları ilə ancaq 15 milyon avro qarşılığında vidalaşmağa hazırdılar.

 

“Football İtalia” iddia edir ki, Çində transfer pəncərəsi bağlanana kimi tərəflər arasında razılıq əldə olunacağı gözlənilir.

0